Ceyhun Məhəmmədəli: Seçkilər yaxın vaxtlarda olsa idi...
Bugün
194
Siyasət
A
Ceyhun Məhəmmədəli: Seçkilər yaxın vaxtlarda olsa idi...

İctimai fəal Ceyhun Məhəmmədəli Marneulinin Qızılhacılı və 26 May küçəsinin bir hissəsində təbii qazın olmaması ilə bağlı tənqidi fikirlər paylaşıb.

Aktual.ge xəbər verir ki, o, sosial şəbəkədə yazıb:

"Nə qədər sahibsiz bir şəhərdə yaşayırıq!

Marneulinin ərazisinin yarısında - 26 May küçəsində və Qızılhacılı kəndində - artıq 24 saatdan çoxdur ki, əhaliyə təbii qaz verilmir.

Görünür, bu problem hələ uzun müddət davam edəcək. Məlum olduğu kimi, səbəb heç də texniki nasazlıq deyil; problem şirkətlər arasında tariflərin artırılması ilə bağlı yaranmış fikir ayrılığından qaynaqlanır.

Təsəvvür edin, bu qədər böyük problem bu qədər uzun müddətdir ki, heç kəsi narahat etmir. Bu məsələnin həllinə cavabdeh olan hər kəs, faktiki olaraq, əhalinin vəziyyətinə məhəl qoymur.

XXI əsrdə, dünya artıq Marsda məskunlaşma planları hazırladığı halda, Gürcüstanda əhalinin bir hissəsi hətta ən elementar şəraitdən belə məhrumdur, qazsız və elektrik enerjisiz qalır.

Hətta seçkilər də yaxın vaxtda deyil; bəlkə heç olmasa o zaman yerli hakimiyyət bu insanları xatırlayardı".

ŞƏRH YAZ
1