9 iyun səhər saatlarından etibarən Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi və 26 May küçəsində təbii qazın verilişi dayandırılıb.
Məsələni araşdırmaq üçün “Mamed Gas” şirkətinə müraciət etdik.
Şirkətin rəhbəri Nəriman Allahverdiyevin sözlərinə görə, təbii qazın verilişi SOCAR tərəfindən dayandırılıb.
O deyib ki, tariflərin bahalaşdırılmasına razılıq vermədiklərinə görə SOCAR “Mamed Gas”ın abonentlərinə qazın verilişini dayandırıb.
Qeyd edək ki, Qızılhacılı kəndində və 26 May küçəsində qaz təchizatının nə vaxt bərpa olunacağı hələlik məlum deyil. Dünən səhər saat 11:00-dan etibarən təbii qazın verilişi dayanıb. "Mamed Gas" tərəfindən abonentlərin mobil telefonlarına göndərilən SMS-də deyilir ki, "Təbii qazın qiymətinin artırılması ilə razılaşmadığım üçün SOCAR-Export şirkəti 09.06.2026-cı il saat 11:00-dan etibarən qaz təchizatımı dayandırıb".
Aktual.ge xəbər portalı məsələ ilə bağlı SOCAR Export-Import ilə əlaqə saxlamağa çalışır.
Gürcüstan Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) Marneulinin Qızılhacılı kəndində qaz təchizatının dayandırılması ilə bağlı açıqlama yayaraq, təbii qazın əhaliyə ən qısa müddətdə bərpa olunması üçün tədbirlər görüldüyünü bildirib.
Daha ətraflı Salo Salahlının video süjetini təqdim edirik: