Tramp İrana yeni zərbələri ELAN ETDİ
Bugün
67
Dünya
A
Tramp İrana yeni zərbələri ELAN ETDİ

"ABŞ yaxın saatlarda İrana qarşı yeni və sərt zərbələr endirməyi planlaşdırır".

Aktual.ge Oxu-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Biz dünən onlara ağır zərbələr endirdik. Bu gün də yenidən sərt şəkildə zərbə vuracağıq", - deyə ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, bu qərar İran qüvvələrinin ABŞ-yə məxsus helikopteri vurması ilə əlaqədardır.

"Mən hesab edirəm ki, bizim buna haqqımız var", - deyə Tramp əlavə edib.

Qeyd edək ki, daha əvvəl ABŞ tərəfi AH-64 "Apache" helikopterinin Hörmüz boğazı üzərində vurulduğunu açıqlamışdı. Hadisə ilə bağlı tərəflərin səsləndirdiyi versiyalar bir-birindən fərqlənir.

ŞƏRH YAZ
0