Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları, sağlamlığa qəsdən ağır zərər vurma və bunun ölümə səbəb olması ittihamı ilə bir nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs kişiyə qarşı fiziki zorakılıq tətbiq edib. Münaqişə zamanı həmin şəxs yıxılaraq baş nahiyəsindən xəsarət alıb. Aldığı xəsarət nəticəsində o, hadisə yerindəcə dünyasını dəyişib.
"Polis 'isti izlərlə' keçirilən istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən qismində saxlayıb.
Hüquq-mühafizə orqanları tərəfindən davada iştirak edən digər şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması məqsədilə aktiv istintaq tədbirləri davam etdirilir.
İstintaq Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsi ilə aparılır ki, bu da 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", - məlumatda deyilir.