Dəhşətli insident: Bıçaqlı şəxs anasını, həyat yoldaşını və rəfiqəsini yaralayıb
Bugün
399
Kriminal
A
Dəhşətli insident: Bıçaqlı şəxs anasını, həyat yoldaşını və rəfiqəsini yaralayıb

Polis bıçaq istifadə edərək həyat yoldaşına, anasına və həyat yoldaşının rəfiqəsinə bir neçə bıçaq xəsarəti yetirən kişini saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, saxlanılan şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları üç şəxsə, o cümlədən ailə üzvlərinə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd ittihamı ilə əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən şəxsi isti izlərlə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, alkoqolun təsiri altında olan təqsirləndirilən şəxs həyat yoldaşına, anasına və həyat yoldaşının rəfiqəsinə soyuq silah (bıçaq) istifadə edərək bir neçə xəsarət yetirib. Yaralıların hər üçü müvafiq tibbi yardım göstərilməsi məqsədi ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxs isti izlərlə saxlanılıb. Polis cinayət aləti olan bıçağı maddi sübut kimi götürüb" , - məlumatda deyilir.

 

ŞƏRH YAZ
1