SON DƏQİQƏ! Qızılhacılıda qazın verilişi 12 iyundan bərpa ediləcək - EKSKLÜZİV
Bugün
483
Maraqlı
A
SON DƏQİQƏ! Qızılhacılıda qazın verilişi 12 iyundan bərpa ediləcək - EKSKLÜZİV

Gələn son məlumata görə, Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində və 26 May küçəsinin bir hissəsində təbii qaz təchizatı 12 iyun saat 12:00-dan etibarən bərpa olunacaq.

Bu barədə Aktual.ge xəbər portalının sorğusuna "SOCAR Gas Export-Import" MMC-dən məlumat verilib.

Məlumatı olduğu kimi təqdim edirik:

" 'SOCAR Gas Export-Import MMC' Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi əhalisinin nəzərinə çatdırır ki, qaz təchizatının bərpa edilməsi məqsədilə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində operativ işlər həyata keçirilmişdir.

Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyası (SEMEK) bu məsələ ilə bağlı yaxın vaxtlarda yekun qərarın qəbul ediləcəyi barədə məlumat verir.

Milli Komissiyanın müraciətini nəzərə alaraq və əhali qarşısında yüksək sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq, 'SOCAR Gas Export-Import' şirkəti 12 iyun saat 12:00-dan etibarən əhaliyə qazın verilməsini bərpa edəcəkdir".

ŞƏRH YAZ
0