Türkiyə Prezidentinin müşavirləri Tbilisidə BGMİ-nin ofisində olublar
Bugün
69
Din
A
Türkiyə Prezidentinin müşavirləri Tbilisidə BGMİ-nin ofisində olublar

Bu gün Türkiyə Prezidentinin baş müşavirləri Dr. İsrafil Kışla və Prof. Dr. Ekta Saraç, Türkiyə Diyanət İşləri Başkanlığının sədr müavini Dr. Hafiz Osman Şahin, Türkiyə İlahiyyat Təhsili Dəstək Dərnəkləri Federasiyasının (TİDEF) prezidenti Mustafa Yelek, eləcə də iş adamları Orhun Feker, Cengiz Kaya və Bülent Oğuz Bütün Gürcüstan Müsəlmanları İdarəsinin mərkəzi ofisində qonaq olublar.

Aktual.ge xəbər verir ki, bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş zamanı BGMİ-nin icraçı direktoru Resan Qoqitidze qonaqlara idarənin fəaliyyəti barədə ətraflı məlumat verib.

“Qonaqlar da öz növbələrində göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə edib, Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib və gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi arzusunda olduqlarını bildiriblər.

Görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin administrasiya katibi Oktay İsayev, Qərbi Gürcüstan müftisinin nümayəndəsi Yaqo Beridze, Şərqi Gürcüstan müftisinin nümayəndəsi Adil Nəbiyev, şeyxin nümayəndəsi Əli Nəqiyev, imam Zviad Vanadze, Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri Mahmud Göl və səfirliyin digər nümayəndələri iştirak ediblər”, - məlumatda deyilir.

ŞƏRH YAZ
0