Baş nazir: Vizasız rejim şantaj aləti kimi istifadə olunur
Bugün
203
Siyasət
A
Baş nazir: Vizasız rejim şantaj aləti kimi istifadə olunur

"Təəssüf doğurur ki, viza liberallaşdırılması məsələsi şantaj üçün istifadə olunur".

Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldə vizasız gediş-gəliş məsələsi ilə bağlı keçirilən görüş haqqında danışarkən bildirib.

Hökumər rəhbəri qeyd edib ki, Gürcüstan ədalətli yanaşma istəyir.

"Düşünürəm ki, ümumi mənzərə hər kəs üçün aydındır; biz bütün istiqamətlərdə, o cümlədən Brüsseldə viza ilə bağlı müzakirə olunan mövzularda dialoqa açığıq. Cavablarımız çox aydın və konkret idi. Qalan hər şey siyasətdir. Ümid edirik ki, nəticə etibarilə Avropa bürokratiyasında yanaşmalar dəyişəcək. Gürcü xalqına, dövlətimizə və ölkəmizə qarşı ədalətli yanaşma formalaşacaq. Bütün suallara cavabımız var və dialoqa tamamilə açığıq.

Təəssüf doğurur ki, viza liberallaşdırılması məsələsi şantaj üçün istifadə olunur. Biz öz vaxtımızda şantajçının bütün yollarını əslində bağlamışdıq. Yalnız bir nəzəri alət qalıb, bu da viza liberallaşdırılmasıdır və müəyyən qüvvələr bu alətdən gürcü xalqına və dövlətimizə qarşı şantaj üçün istifadə etməyə çalışırlar. Bu, yanlış yanaşmadır, biz ədalətli yanaşma istəyirik və bu mesajla avropalı tərəfdaşlarımızla danışırıq", - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
6