Kateqoriyalar
Bolnisinin kəndlərindən birində ağır cinayət hadisəsi baş verib.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, dünən (31 may) axşam saatlarında 42 yaşlı qadın 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb.
İddialara əsasən, hadisədən sonra cinayəti gizlətməyə çalışsaar da, bu mümkün olmayıb.
Qan donduranın hadisənin digər təfərrüatları bu mərhələdə məlum deyil.
Hadisə ilə bağlı polis məlumatlandırılıb və ailə üzvləri, ətraf sakinlər artıq dindirilir.
Aktual.ge hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.