Yaxın günlərdə ayrı-ayrı rayonlarda nisbətən yüksək temperatur fonunda qısamüddətli yağış və şimşək çaxması gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumata görə, Tbilisidə də qısamüddətli yağış və şimşək çaxması ehtimalı var. Hava temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Sahil bölgəsi:
Batumi, Kobuleti, Anaklia, Poti: İsti və əsasən yağmursuz hava gözlənilir. Hava temperaturu gündüz +27, +29 dərəcə olacaq.
Kartli bölgəsi:
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali: Bəzi yerlərdə qısamüddətli yağış və şimşək çaxması gözlənilir. Hava temperaturu gündüz +31, +33 dərəcə olacaq.
Kaxeti bölgəsi:
Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro: Bəzi yerlərdə qısamüddətli yağış və şimşək çaxması gözlənilir. Hava temperaturu gündüz +31, +33 dərəcə olacaq.