Qızıl yenidən bahalaşdı | Gürcüstanda 1 qramı neçəyədir?
19.07.2026 23:40
528
İqtisadiyyat
A
Qızıl yenidən bahalaşdı | Gürcüstanda 1 qramı neçəyədir?

Qlobal birjalarda qızıl bahalaşıb. 

Aktual.ge xəbər verir ki, iyulun 17-də keçirilən son ticarət sessiyasının nəticələrinə görə, 1 unsiya qızılın dəyəri 30 dollar artaraq 4 018 dollar təşkil edib.

"Gold Price"ın məlumatına görə, gün ərzində qızılın qiyməti 0,75% artıb. Son bir ay ərzində qiymətli metal 5,6%-lik azalma göstərsə də, illik müqayisədə 19%-lik artım qeydə alınıb.

Eyni tendensiya gümüş bazarında da müşahidə olunur. Son ticarət sessiyasının nəticələrinə görə, gümüşün qiyməti cüzi şəkildə – 0,04 dollar (günlük +0,07%) artaraq 1 unsiyası 55,9 dollar olub.

Qeyd edək ki, son bir ay ərzində gümüş 15,6% ucuzlaşıb, lakin illik bazda 46%-lik artım müşahidə olunur.

Gürcüstanda 1 qram qızıl və gümüş neçəyədir?

Gürcüstanda 999 əyar qızılın 1 qramının orta qiyməti bir gün ərzində dəyişməz qalaraq 348 lari təşkil edib.

Gümüşə gəldikdə isə, 999 əyar gümüşün 1 qramının qiyməti cüzi şəkildə azalıb. Belə ki, dünən qiymət 4,9 lari ətrafında olduğu halda, bu gün orta hesabla 4,8 lariyə satılır.

ŞƏRH YAZ
1