Fatiməni öldürən şəxs Türkiyədə saxlanılıb - FOTO
Bugün
419
Kriminal
A
Fatiməni öldürən şəxs Türkiyədə saxlanılıb - FOTO

Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyev saxlanılıb.

Aktual.ge xəbər verir ki, qətl hadisəsindən sonra Gürcüstan daxili işlər orqanları Emin Əliyev barəsində axtarış elan edib.

O, Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Məlumata görə, hazırda onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlər aparılır.

Qeyd edək ki, Ağcabədi rayon sakini Fatimə Kərimova sevgilisi Kənan Əliyevlə birlikdə Gürcüstana qaçıb. Daha sonra Kənan Əliyev Fatimənin pasportunu cırıb atıb, onun Azərbaycana qayıtmasına mane olub. Kənan Əliyev hadisədən sonra Azərbaycana qayıdıb. Ölkəsinə qayıda bilməyən Fatimə Kərimova isə Azərbaycanda olan əmisi oğlu Emin Əliyevdən kömək istəyib. O, Gürcüstana gedərək Fatiməni boğaraq qətlə yetirib və daha sonra Gürcüstandan Türkiyəyə qaçıb.

ŞƏRH YAZ
5