Kaxa Kaladze
Bugün
95
Siyasət
A
Kaxa Kaladze "Milli Hərəkat"da baş verənlərə belə reaksiya verdi

“Milli Hərəkat”ın daxilində hansı vəziyyətin olacağı, kimin hansı bəyanatı verəcəyi şəxsən mənim üçün mühüm əhəmiyyət kəsb etmir, çünki biz bu insanların kim olduqlarını və nəyə xidmət etdiklərini çox yaxşı bilirik.

Aktual.ge xəbər verir ki, "Gürcü Arzusu"nun baş katibi, Tbilisi meri Kaxa Kaladze “Vahid Milli Hərəkat”da baş verən hadisələri şərh edərkən belə deyib. 

Onun sözlərinə görə, “hər kəs çox yaxşı bilir ki, “Milli Hərəkat”da hər şeyi bir nəfər həll edir”.

“Sözügedən siyasi partiya – hərçənd mən onlara siyasi partiya da deyə bilmərəm, agentura şəbəkəsinin nümayəndələridir. Onların daxilində hansı vəziyyətin olacağı, kimin hansı bəyanatı verəcəyi şəxsən mənim üçün mühüm əhəmiyyət kəsb etmir, çünki biz bu insanların kim olduqlarını, nəyə xidmət etdiklərini və onlar üçün əsas hərəkətverici qüvvənin nə olduğunu çox yaxşı bilirik.

Onlar ümumiyyətlə ölkənin, gürcü xalqının maraqlarından uzaq düşüblər və kənardan gələn konkret tapşırıqları yerinə yetirirlər.

Hətta təyinatların, seçimlərin necə aparıldığını hər kəs çox yaxşı bilir, bunu bir nəfər həll edir”, - deyə o, qeyd edib.

Qeyd edək ki, "Vahid Milli Hərəkat" partiyası sədr seçkilərinə hazırlaşır. Partiyanın qurucusu Mixeil Saakaşvili jurnalist Nanuka Jorjolianini sədrliyə namizəd göstərib, mövcud sədr Tina Bokuçava da postunu qoruyub saxlamaq uğrunda mübarizə aparacağını bildirib.

ŞƏRH YAZ
2