Kateqoriyalar
Urekidə dənizdə 3 yaşlı uşaq boğulub.
Aktual.ge xəbər verir ki, yayılan məlumata görə, xarici ölkə vətəndaşları sahildə çadır quraraq istirahət edərkən azyaşlı uşaq onların nəzarətindən çıxaraq dənizə qaçıb. Nəticədə uşaq dənizdə boğularaq həyatını itirib.
Hazırda hadisə ilə bağlı əlavə məlumat verilməyib. Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.