Kateqoriyalar
Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları qəsdən ağır bədən xəsarəti yetirmə ittihamı ilə bir nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs məişət zəminində yaranan mübahisə zamanı kənd sakini olan bir kişini soyuq silahdan istifadə edərək yaralayıb.
Yaralanan kişi tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Polis isti izlə aparılan istintaq tədbirləri nəticəsində cinayəti törətmiş şəxsi saxlayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.