Bu şagirdlər üçün yeni məktəb formaları pulsuz olacaq
Bugün
165
Mədəniyyət
A
Bu şagirdlər üçün yeni məktəb formaları pulsuz olacaq

"Yaxın günlərdə həm pencəklər, həm şalvarlar, həm də ətəklər üçün müəyyən ediləcək qiymətləri açıqlayacağıq. Tam məsuliyyətimlə demək istəyirəm ki, bu qiymət özəl məktəb formalarının qiymətləri ilə müqayisədə bir neçə dəfə ucuz olacaq".

Aktual.ge xəbər verir ki, bu barədə Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze məktəb formaları ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Baş nazirinin qərarı ilə, Səhiyyə Nazirliyi tərəfindən 65 min və ya daha az reytinq xalı ilə qiymətləndirilən və ibtidai sinif şagirdi olan bütün ailələr formaları tamamilə ödənişsiz əldə edəcəklər.

Təhsil naziri qeyd edib ki, şagirdlər üçün məktəb forması istehsal edəcək şirkət Çinə məxsusdur və sözügedən şirkətin rəhbəri artıq Gürcüstandadır.

ŞƏRH YAZ
1