“Kobaxidze və İvanişvili ilə danışdım, kənara çəkilməyimin daha yaxşı olduğuna qərar verdik” | Mdinaradze
Bugün
222
Siyasət
A
“Kobaxidze və İvanişvili ilə danışdım, kənara çəkilməyimin daha yaxşı olduğuna qərar verdik” | Mdinaradze

“Bu vəzifədən istefa verməyim həqiqətən də mənim təşəbbüsüm olub. Həmçinin sizə deyə bilərəm ki, cənab İrakli və cənab Bidzinadan əvvəlcə mənimlə razılaşacaqları yönündə reaksiya gəlmədi, amma onları inandırdım ki, mənim üçün belə daha yaxşıdır”.

Aktual.ge xəbər verir ki, bunları istefa verən və siyasətdən getdiyini bildirən Regional İnkişaf naziri, "Gürcü Arzusu"nun aparıcı simalarından biri olan Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, vəzifədən ayrılmaq qərarı ilə bağlı İrakli Kobaxidze və Bidzina İvanişvili ilə danışıb. 

"Bəlkə də kiməsə inanılmaz gələ bilər, lakin bu, həqiqətən də mənim səmimi istəyim idi. Bu mərhələdə mən sizə qayıtmaq niyyətində olduğumu demirəm, lakin əgər komandaya çox lazım olsam və başqa çıxış yolu olmasa, yalnız bu halda qayıdacağam. Hazırda zəmanətlə sizə deyə bilərəm ki, siyasətdə kənardan soxulmağa çalışanlar olur, bu, məndən olmayacaq. Mənim üslubum olmadığını bir çoxunuz yəqin ki, əminsiniz. Əgər düşünsəydim ki, regionlara baxan məndən başqa bu komandada heç kəs yoxdur, mən bu qərarı qətiyyən qəbul etməzdim.

Dünən axşam baş nazir İrakli Kobaxidzeylə uzun müddət danışdım, bu səhər həmçinin partiyanın fəxri sədri Bidzina İvanişvili ilə danışdım və bizim üç nəfər arasında bu söhbət baş tutdu ki, mənim kənara çəkilməyim daha yaxşıdır, müvafiq yaşda övladlarım var, bu, kənardan bəlkə də elə də inandırıcı səslənməyə bilər. Bu vəzifədən istefa verməyim həqiqətən də mənim təşəbbüsüm olub. Həmçinin deyə bilərəm ki, cənab İraklidən və cənab Bidzinadan əvvəlcədən mənə razılıq vermək reaksiyası olmayıb, lakin onları inandırdım ki, mənim üçün belə daha yaxşıdır“, – deyə Mamuka Mdinaradze qeyd edib.

ŞƏRH YAZ
0