“Ayvalık” zeytun yağında normadan artıq çirkləndirici maddələr aşkarlanıb
Bugün
98
Maraqlı
A
“Ayvalık” zeytun yağında normadan artıq çirkləndirici maddələr aşkarlanıb

Türkiyənin 'Ayvalık' markalı zeytun yağında çirkləndirici maddələrin normadan artıq miqdarı aşkarlanıb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb.

Qurumun məlumatına görə, uyğunsuzluq konkret bir nümunəyə aiddir və bununla bağlı müvafiq tədbirlər artıq görülür.

“Milli Qida Agentliyi qida təhlükəsizliyinə dövlət nəzarəti çərçivəsində Türkiyədə istehsal olunan Extra Virgin Olive Oil (ticarət markası 'Ayvalık', 5 litrlik metal qablaşdırma) zeytun yağı nümunəsində Gürcüstan qanunvericiliyinin tələblərinə uyğunsuzluq aşkar edib.

Sözügedən yağ nümunəsində qlisidolun yağ turşularının mürəkkəb efirlərinin, eləcə də 3-MCPD və onun yağ turşuları efirlərinin miqdarının normadan artıq olduğu müəyyən edilib. Tədqiqat Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutunun - 'BIOR' laboratoriyasında aparılıb.

Laboratoriya tədqiqatının nəticəsi konkret nümunəyə aiddir və eyni istehsalçının digər məhsullarının və ya partiyalarının tələblərə uyğun olmadığını təsdiqləmir. Agentlik müvafiq məlumatları araşdırmaqda davam edir və istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər görür.

Məhsulun identifikasiya məlumatları:

  • - Ticarət markası: 'Ayvalık'

  • - Qablaşdırma: 5 litrlik metal qab

  • - Ştrix-kod: 8693465410990

  • - İstehsalçının qeydiyyat nömrəsi: TR-10-K-042281

Milli Qida Agentliyi yağlarda və piylərdə bəzi çirkləndirici maddələrin (kontaminantların) yoxlanılmasına 2026-cı ildə başlayıb.

İndiyədək yağ və piy məhsullarından 71 nümunə götürülüb”, - məlumatda deyilir.

ŞƏRH YAZ
0