Azərbaycan Türkiyənin 31 vətəndaşını
21.10.2026 16:25
81
Dünya
A
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib | SİYAHI

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq "arzuolunmaz şəxslər" elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub:

Ahmet Barış İyison - "İyison Medya" şirkətinin və "Gazeteciabi" layihəsinin rəhbəri;

Cem Özyurt - bloqer;

Akın Duru - TV8 və "Acunmedya"nın əməkdaşı;

Dursun Eker - jurnalist, "File Prodüksiyon Hizmetleri";

Adem Özköse - jurnalist, siyasi analitik, yazıçı;

Muhammed Emin Yıldırım - "Köklü Değişim" jurnalının və media qrupunun İstanbul təmsilçisi;

Cüneyt Sezer - bloqer, sosioloq, publisist və siyasi analitik;

Serhat Koyuncu - ictimai xadim;

Mikail Ayyıldız - dini yazar və araşdırmaçı;

Ahi Aratoğlu - araşdırmaçı yazar, şair və sosioloq;

Muharrem Çavuş - Ədalət və İnkişaf (AK) Partiyasının Boğaziçi Gənclər bölməsinin sədri (2020-2025);

Fatih Erbakan - Yeniden Refah Partiyasının sədri;

Yahya Uğraş - Hürr Dava Partiyasının sədr müavini;

Aydın Binboğa - iqtisadçı, siyasətçi;

Hakkı Eren - "Köklü Değişim" jurnalının jurnalisti;

Sait Seyitoğlu - Hürr Dava Partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri;

Mehmet Boynukalın - Marmara Universiteti ilahiyat professoru, Ayasofiya məscidinin imam-hatibi;

Okan Aytaş - jurnalist, "Finansopia Medya" şirkətinin sahibi;

Mert Armağan - jurnalist

Yaşar Yavuz - "Yeni Şafak", "Diriliş Postası", "Referans" jurnalist;

Ahmet Sırrı Arvas - şair, jurnalist, yazıçı;

Yusuf Kaplan - yazıçı, jurnalist;

Erdinc Teğmen - "Erte Medya"nın sahibi;

Ahmet Çakar - keçmiş millət vəkili;

Halil Atakan Ay - ilahiyyatçı;

İsmail Kılıçarslan - TV NET, "Yeni Şafak" qəzeti;

Murat Şahin - "Akıt" TV-də proqram aparıcısı;

İrfan Kaya Ülger - "Akıt" TV-də proqram aparıcısı;

Fatin Dağistanlı - "Akıt" TV-də proqram aparıcısı;

Ömer Ulutaş - Toprak Partiyasının sədri;

Ömer Faruk Gergerlioğlu - deputat.

Qeyd olunub ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.

ŞƏRH YAZ
3