Gürcüstanın əhalisinin sayı 3 milyon 941 min nəfərə çatıb
20.10.2026 16:11
71
Siyasət
A
Gürcüstanın əhalisinin sayı 3 milyon 941 min nəfərə çatıb

2026-cı ilin məlumatlarına əsasən, Gürcüstanın əhalisi 3 milyon 941 min nəfər təşkil edir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti (Geostat) məlumat yayıb.

Məlumata görə, ölkədə 1 milyon 887 min kişi və 2 milyon 53 min qadın yaşayır. Ötən ilin eyni dövründə əhalinin sayı 3 milyon 930 min nəfər olub.

Yaş qrupları üzrə ən çoxsaylı kateqoriya 35-39 yaş aralığıdır - 303,2 min nəfər. Ən azsaylı qruplar isə 80-84 yaşlılar (60,8 min nəfər) və 85 yaşdan yuxarı şəxslərdir (68,2 min nəfər).

ŞƏRH YAZ
0