Kateqoriyalar
Kobuletidə 15 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən ata saxlanılıb
Aktual.ge-nin məlumatına görə, bu barədə yerli “Adjara Times” nəşri xəbər yayıb.
Məlumata əsasən, hadisə Kobuletinin kəndlərindən birində baş verib. Bildirilir ki, hadisə zamanı 15 yaşlı yeniyetmə evdə atası ilə tək olub, anası isə işdə olub.
Yeniyetmə baş verənlər barədə telefonla anasına məlumat verib. Bundan sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11¹-141-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə ailə üzvünə qarşı əxlaqsız hərəkətləri nəzərdə tutur.