Gürcüstan hökumət administrasiyası bütün Gürcüstanın katolikos-patriarxı II İlia ilə vida və dəfn mərasiminin təşkili üçün çəkilən xərclərlə bağlı açıqlama yayıb.
Aktual.ge xəbər verir ki, administrasiyanın məlumatına görə, mərasimin təşkili üçün əvvəlcə Gürcüstan Mədəniyyət Nazirliyinə hökumətin ehtiyat fondundan 3 milyon lari ayrılıb. Lakin sonradan bu məbləğ 722 645 lariyə endirilib, qalan 2 milyon 277 min 355 lari isə dövlət büdcəsinə qaytarılıb.
Açıqlamada bildirilir ki, 2026-cı il martın 18-də Dövlət Komissiyasının qəbul etdiyi qərara əsasən, dəfn mərasiminin təşkili ilə bağlı məsul qurumlar müəyyənləşdirilib və bu vəzifə Mədəniyyət Nazirliyinə həvalə olunub.
Hökumətin martın 20-də qəbul etdiyi qərarla nazirliyə 3 milyon lari ayrılsa da, mayın 8-də müvafiq qərara dəyişiklik edilib və ayrılan vəsait 722 645 lariyə endirilib.
Məlumata görə, Mədəniyyət Nazirliyi mərasimin təşkili ilə bağlı ümumilikdə 26 müqavilə bağlayıb.
Hökumət administrasiyasının açıqladığı siyahıya əsasən, xərclər aşağıdakı istiqamətlər üzrə həyata keçirilib:
“TV Project” MMC – Sioni kilsəsinin ərazisində fasiləsiz elektrik enerjisinin və işıqlandırmanın təmin edilməsi – 10 000 lari.
“Alpha Studio” MMC – Sioni və Sameba kilsələrinin ətrafında generatorlar vasitəsilə fasiləsiz elektrik enerjisinin təmin edilməsi – 21 800 lari.
“Luma Development” MMC – Sameba və Sioni kilsələrində, eləcə də ətraf ərazilərdə müxtəlif konstruksiyaların və məkanların qurulması, o cümlədən şüşə podiumun, jurnalistlər, operatorlar və xor qrupları üçün sahələrin hazırlanması – 53 624,10 lari.
“GT Holding” MMC – Sameba kafedral kilsəsinin həyətində mərasim kortejinin hərəkət edəcəyi yolun hazırlanması, Sioni kilsəsinin yaxınlığında LED ekranların, səs sistemlərinin, generatorların və digər konstruksiyaların quraşdırılması – 133 230 lari.
“VT Service” MMC – Regionlardan xor məktəblərinin şagirdlərinin 33 mikroavtobusla daşınması – 13 200 lari.
Fərdi sahibkar Giorgi Kviçinadze – Xor məktəblərinin şagirdlərinin üç avtobusla daşınması – 2 850 lari.
“Teleda” MMC – Dəfn mərasimi ilə əlaqədar 406 şüşə şərabın alınması – 10 150 lari.
“Discovery” MMC – Xor məktəblərinin şagirdlərinin martın 21-dən 23-dək oteldə yerləşdirilməsi – 29 400 lari.
“HMC Georgia” MMC – Xor məktəblərinin şagirdlərinin martın 21-dən 23-dək oteldə yerləşdirilməsi – 33 880 lari.
“Floreriya” MMC – Sameba və Sioni kilsələrinin interyerlərinin, eləcə də dəfn kortejinin bəzədilməsi üçün güllərin alınması – 26 550 lari.
“GeoVoice” MMC – Sameba və Sioni kilsələrində, həmçinin ətraf ərazilərdə müxtəlif konstruksiyaların quraşdırılması, səs sistemlərinin təminatı, montaj və demontaj işləri, LED ekranların, kabellərin və digər texniki avadanlıqların təmin edilməsi – 215 600 lari.
“Tbilisi Hotels Holding” MMC (“Sheraton”) – 600 nəfərlik ehsan süfrəsinin təşkili, səs avadanlıqlarının, mikrofonların və tərcüməçi xidmətinin təmin edilməsi – 93 886,70 lari.
Fərdi sahibkar Tsira Çxonia – Kilsənin interyerinin və dəfn kortejinin bəzədilməsi üçün güllərin alınması – 16 200 lari.
“VT Service” MMC – Martın 22-də 15 mikroavtobusla nəqliyyat xidmətinin göstərilməsi – 6 000 lari.
Fərdi sahibkar Tamam Yusif qızı – 10 metr qırmızı məxmər parçanın alınması – 300 lari.
“GGS Print” MMC – Buraxılış vəsiqələrinin, döş nişanlarının, bannerlərin və dəvətnamələrin çapı, eləcə də stulların daşınması – 11 362,50 lari.
“Set Up Events” MMC – Hasarların, kabel kanallarının və digər texniki vasitələrin təmin edilməsi – 9 740 lari.
Fərdi sahibkar Tsira Çxonia – Açıq nəqliyyat vasitəsinin bəzədilməsi üçün güllərin alınması – 7 850 lari.
“Favorite Style” MMC – Konstruksiyalar üçün 18 bannerin hazırlanması – 8 050 lari.
“Geni 1994” MMC – Fasiləsiz elektrik enerjisinin təmin edilməsi üçün generator xidmətinin göstərilməsi – 8 600 lari.
“TG-TV” MMC – Sioni kilsəsinin yaxınlığında peyk rabitəsinin təmin edilməsi – 1 500 lari.
“Fury Filmworks” MMC – Sioni kilsəsinin ərazisində televiziya çəkilişləri üçün qaldırıcı platforma xidmətinin göstərilməsi – 4 531,20 lari.
Fərdi sahibkar Giorgi Kobaxia – Sioni kilsəsinin ərazisindən canlı yayım siqnalının ötürülməsi və birbaşa televiziya yayımının təmin edilməsi – 2 000 lari.
Fərdi sahibkar Levan Abuladze – Dron vasitəsilə videoçəkiliş xidmətinin göstərilməsi – 700 lari.
Fərdi sahibkar İlia Kikabidze – Peyk ötürücüsü vasitəsilə saat 08:00-dan 17:00-dək birbaşa televiziya yayımının təmin edilməsi – 1 000 lari.
Fərdi sahibkar Aleksandre Xuntsaria – Sioni kilsəsinin ərazisində televiziya çəkilişləri üçün qaldırıcı platforma xidmətinin göstərilməsi – 638 lari.
Hökumət administrasiyasının məlumatına görə, kilsənin təmizlənməsi işlərini “Progress Service”, “Litex Service” və “GT Group” şirkətləri ödənişsiz həyata keçirib.
Bundan əlavə, “Aqua Geo” şirkəti 0,5 litrlik 5 000 şüşə suyu ödənişsiz təqdim edib. Bir neçə şirkət isə xidmətlərini görülən işlərin dəyəri ilə müqayisədə güzəştli qiymətlərlə göstərib.
Açıqlamada həmçinin qeyd olunub ki, mərasimin təşkilində iştirak edən şəxslər, rejissor və yaradıcı-ifaçı heyət, o cümlədən müğənnilər və kilsə xorunun üzvləri gördükləri işə görə qonorar almayıblar.