Tbilisidə “Aktual Media Məktəb IV” layihəsinin açılışı keçirilib - FOTO/VİDEO
19.10.2026 18:26
124
Mədəniyyət
A
Tbilisidə “Aktual Media Məktəb IV” layihəsinin açılışı keçirilib - FOTO/VİDEO

Tbilisidə yerləşən Hilton oteldə "Aktual Media"nın nəzdində fəaliyyət göstərən "Aktual Media Məktəb" Jurnalistika Kursları layihəsinin dördüncü mərhələsinin təqdimat mərasimi baş tutub.

Gürcüstanda yaşayan azərbaycanlı gənclərin jurnalistika sahəsində bilik və bacarıqlarının artırılmasını hədəfləyən “Aktual Media Məktəbi”nin IV təlim mərhələsinin açılış tədbiri keçirilib.

Natela Əlləzovanın aparıcılığında tədbirdə “Aktual Media”nın təsisçisi və baş direktoru İlkin Hüseynov, Gürcüstan İctimai Yayımçısının “Rəngarəng Gürcüstan” departamentinin rəhbəri Ramilia Əliyeva, Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, Türkiyənin Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Yüksel Kara, Marneuli bələdiyyə məclisinin üzvü Aqil Mustafayev, xeyriyyəçi iş adamı Nazir Musayev və Rəhim Hüseynov “Aktual Media” komandasının üzvü, ictimai fəal Nərgiz Əliyeva, siyasi fəal Əhməd İmamquliyev, Bolnisi Rayon Məhkəməsinin hakim katibi Ramin Axundov və Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, eləcə də digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ev sahibliyində çıxış edən "Aktual Media"nın təsisçisi və Baş direktoru İlkin Hüseynov "Aktual Media Məktəb"in fəaliyyətindən söz açıb və Gürcüstanda ilk dəfə ödənişsiz 3 aylıq Jurnalistika kurslarının təməli rəhbərlik etdiyi qurum tərəfindən qoyulduğunu vurğulayıb.

İlkin Hüseynov əvvəlki buraxılışların məzunlarından bəzilərinin hazırda təşkilatın fəaliyyətində iştirak etdiyini diqqətə çatdırıb və qeyd edib ki, məqsəd gənclərin media savadlılığın artırılmasıdır.

İlkin Hüseynov həmçinin “Aktual Media”nın uğur qazanmış azərbaycanlıların həyat hekayələrindən bəhs edən “Novella 2” bədii-sənədli filminin qala gecəsinin yaxın vaxtlarda keçirilməsinin planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, ilin sonuna doğru daha genişmiqyaslı tədbirin də təşkili nəzərdə tutulur.

Tədbirdə çıxış edən 3 ay davam edəcək kursların təlimçiləri Gürcüstan İctimai Yayımçısının “Rəngarəng Gürcüstan” departamentinin rəhbəri, jurnalist Ramilia Əliyeva və Azərbaycan Dövlət Televiziyasının Gürcüstandakı xüsusi müxbiri Ruslan Həsənov, o cümlədən tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, Türkiyənin Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Yüksel Kara, xeyriyyəçi iş adamı Rəhim Hüseynov, Bolnisi Rayon Məhkəməsinin hakim katibi Ramin Axundov, “Aktual Media” komandasının üzvü, ictimai fəal Nərgiz Əliyeva, siyasi fəal Əhməd İmamquliyev və Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov “Aktual Media Məktəbi” layihəsinin əhəmiyyətini vurğulayaraq, gənclərin jurnalistika sahəsində bilik və bacarıqlarının artırılmasının, peşəkar inkişaflarının dəstəklənməsinin vacibliyini qeyd ediblər.

Məlumat üçün bildirək ki, “Aktual Media” tərəfindən təşkil olunan üçaylıq layihə Gürcüstanda yaşayan azərbaycanlı gənclərin media savadlılığının artırılmasına və gənclərin inkişafına, eləcə də inteqrasiyasına xidmət edir. 24 təlimdən ibarət proqram çərçivəsində iştirakçılar məqalə yazmaq, reportaj, müsahibə, televiziya və onlayn jurnalistika, sosial media, jurnalist etikası və süni intellektin mediada tətbiqini öyrənəcəklər.

Şənbə və bazar günləri keçiriləcək təlimlərin nəzəri hissəsi Tbilisidəki İBİS oteldə, praktiki məşğələlər isə Gürcüstan İctimai Yayımçısının studiyalarında təşkil olunacaq. Proqram çərçivəsində görüşlər və müxtəlif qurumlara səfərlər də nəzərdə tutulur. Kursun sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək, fərqlənən məzunların işlə təmin olunmasına dəstək göstərilməsi planlaşdırılır.

Layihənin təşkilatçısı Aktual Media, dəstəkçiləri isə Azərbaycanın Gürcüstandakı səfirliyi, iş adamı Nazir Musayev və Vüqar Məmişovdur.

ŞƏRH YAZ
4