Nepalda daşqın fəlakəti: 150-dən çox ölü, yüzlərlə itkin düşən var
Bugün
85
Dünya
A
Nepalda daşqın fəlakəti: 150-dən çox ölü, yüzlərlə itkin düşən var

Nepalın şimalındakı Rasuva bölgəsində daşqın nəticəsində həlak olanların sayı 157 nəfərə çatıb.

Aktual.ge bu barədə "Ratopati" media şirkətinə istinadən xəbər verir.

Ən çox meyit Çitvanda aşkarlanıb - 64 nəfər. Dhadinq rayonunda 27, Navalparasidə isə 22 nəfər həlak olub. Daha 41 nəfər xəstəxanalara yerləşdirilib.

Nepal Turizm Nazirliyinin məlumatına görə, 403-ə yaxın turist itkin düşüb. Onların arasında 341 əcnəbi var. Axtarış-xilasetmə əməliyyatına 3,3 min polis əməkdaşı cəlb olunub. 28 polis əməkdaşı itkin düşmüş hesab olunur.

ŞƏRH YAZ
3