Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə bu gün baxacaq.
Aktual.ge xəbər verir ki, məhkəmədə proses saat 13:00-a təyin edilib.
Məlumat üçün bildirək ki, həbsdə olan Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə yeni ittiham irəli sürülüb. Müvafiq açıqlama dünən Baş Prokurorluqda keçirilən brifinqdə verilib. Baş prokurorun müavini Amiran Quluşvilinin sözlərinə görə, iş korrupsiya cinayəti, konkret olaraq xüsusilə külli miqdarda pul alınması ilə bağlıdır. Prokurorluğun məlumatına görə, Müdafiə Nazirliyi üçün zəruri olan tibbi avadanlıq və inventarın satın alınması çərçivəsində İrakli Qaribaşvili şəxsən rüşvət qismində əlbəəl 750 min lari alıb. Ümumilikdə isə dövlətə 6 milyon 985 min 255 lari məbləğində əmlak zərəri vurulub və ictimai maraqlar əhəmiyyətli dərəcədə pozulub.