Kateqoriyalar
Türkiyənin Antalya Hava Limanının 2-ci terminalının avtodayanacaq ərazisində təqaüddə olan 51 yaşlı polis əməkdaşı Hüseyn Durmaz Gürcüstan əsilli sevgilisi, iki uşaq anası 38 yaşlı Elina Şengünü xidməti tapançası ilə vuraraq öldürüb.
Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, Gürcüstan əsilli qadın hava limanında satış məsləhətçisi kimi çalışırmış, Hüseyn Durmaz onu davamlı olaraq hədələdiyi və səhər saatlarında onu evdə tapa bilmədikdən sonra iş yerinə gələrək cinayəti törətdiyi müəyyən edilib.
Qanlı hadisədən dərhal sonra cinayəti törədən kişi saxlanılıb.