Tbilisi Şəhər Məhkəməsi İrakli Qaribaşvilinin işinə baxıb | Növbəti məhkəmə bu tarixdə keçiriləcək
Bugün
144
Siyasət
A
Tbilisi Şəhər Məhkəməsi İrakli Qaribaşvilinin işinə baxıb | Növbəti məhkəmə bu tarixdə keçiriləcək

Tbilisinin Şəhər Məhkəməsi qrup halında xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan keçmiş Baş nazir İrakli Qaribaşvilinin işinə baxıb.

Aktual.ge xəbər verir ki, bugünkü prosesdə məhkəmə ilkin dinləmə iclasının tarixini müəyyən edib - iclas oktyabrın 19-da, saat 11:00-da keçiriləcək.

Qəti imkan tədbirinə gəlincə, hakim Pikria Sekturaşvilinin sözlərinə görə, “həbs-qəti imkan tədbirinin dəyişdirilməsi üçün heç bir əsas yoxdur”.

Keçmiş Baş nazir İrakli Qaribaşvilinin özü bugünkü prosesdə iştirak etməyib. 

Hakimin izahatına əsasən, penitensiar müəssisədən təqdim edilmiş ərizəyə görə, təqsirləndirilən İrakli Qaribaşvili bugünkü prosesdə iştirak etməkdən imtina edib. Buna görə də iclas təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilib.

Məlumat üçün bildirək ki, həbsdə olan Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə qrup halında xüsusilə külli miqdarda rüşvət alma işi üzrə dünən (24 avqust) yeni ittiham irəli sürülüb.

ŞƏRH YAZ
0