Dəhşətli hadisə: Evdən 3 nəfərin meyiti tapılıb
Bugün
668
Hadisə
A
Dəhşətli hadisə: Evdən 3 nəfərin meyiti tapılıb

Zuqdidi şəhərinin Qulişkari kəndində yaşayış evində 3 nəfərin meyiti aşkarlanıb, ölənlər bacılardır.

Aktual.ge xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Meyitlər ekspertiza bürosuna aparılıb.

Ölümün dəqiq səbəbi məlum deyil, lakin versiyalardan biri kimi qida zəhərlənməsi nəzərdən keçirilir.

Qulişkari kəndinin nümayəndəsi Laşa Şvelidzenin sözlərinə görə, ölən bacılar tək yaşayırmış və təxminən 4-5 gün ərzində onları görən olmayıb.

“3 nəfər ölüb. Onların nədən öldüyünü ekspertiza müəyyən edəcək. Bacı idilər. Tək yaşayırdılar. Təxminən 4-5 gün görünməyiblər. Qonşu darvazanın yanında qoxu hiss edib”, – Laşa Şvelidze “TV Pirveli”yə bildirib.

Ölümün səbəblərindən biri kimi qida zəhərlənməsinin nəzərdən keçirilməsinə gəlincə, kənd nümayəndəsi bildirib ki, ekspertizaya həm qida, həm də su nümunələri götürülüb və ölümün dəqiq səbəbi müəyyən ediləcək.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci (Şəxsi intihara və ya intihara cəhdə sövq etmə) maddəsi ilə araşdırma başlanılıb.

ŞƏRH YAZ
0