SON DƏQİQƏ! Nəriman Allahverdiyev saxlanılıb
Bugün
533
Siyasət
A
SON DƏQİQƏ! Nəriman Allahverdiyev saxlanılıb

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində qaz təchizatı ilə bağlı “SOCAR Georgia Gas” MMC ilə “Mamed GAS” MMC arasında davam edən mübahisə fonunda sonuncu şirkətin rəhbəri Nəriman Allahverdiyev saxlanılıb.

Aktual.ge-nin məlumatına görə, Nəriman Allahverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bu gün səhər saatlarında saxlanılıb.

Qeyd edək ki, “SOCAR Georgia Gas” daha əvvəl yaydığı açıqlamada “Mamed GAS” MMC-nin Qızılhacılı sakinlərindən təbii qazın ödənişini qanunsuz və artırılmış tariflə tələb etdiyini, həmçinin əhali üçün nəzərdə tutulan sosial qazın dəyərini ödəmədiyini iddia edib.

Şirkətin məlumatına görə, “Mamed GAS”ın qazpaylayıcı lisenziyası Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının qərarı ilə 1 avqust 2026-cı ildən ləğv edilib və həmin tarixdən Qızılhacılıda qaz təchizatı xidmətlərinin göstərilməsi “SOCAR Georgia Gas”ın səlahiyyətinə keçib.

“SOCAR Georgia Gas” həmçinin “Mamed GAS”ı lisenziyanın ləğv edilməsinə baxmayaraq kənddə fəaliyyətini davam etdirməkdə və ayrı-ayrı abonentlərin qaz təchizatını özbaşına dayandırmaqda ittiham edib.

Şirkət bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyini də bildirib.

Nəriman Allahverdiyevin hansı ittihamla saxlanıldığı və saxlanılma ilə bağlı hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması hələlik məlum deyil. Daha öncələri Nəriman Allahverdiyev "SOCAR Georgia Gas" və SEMEK-i onun şirkətini ələ keçirməkdə günahlandırıb.

ŞƏRH YAZ
5