İnfrastruktur layihəsi başlandı: Səfərli-Dmanisi avtomobil yolu bərpa edilir
Bugün
101
Maraqlı
A
İnfrastruktur layihəsi başlandı: Səfərli-Dmanisi avtomobil yolu bərpa edilir

Dmanisi bələdiyyəsinin Səfərli kəndindən Dmanisi şəhərinə gedən yerli əhəmiyyətli avtomobil yolunun bərpası həyata keçirilir.

Aktual.ge xəbər verir ki, İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, işlər 14,9 kilometrlik hissəni əhatə edir.

Departamentin məlumatına görə, mövcud yolda asfalt-beton örtüyü zədələnmişdi, buna görə də infrastrukturun tam yenilənməsinə ehtiyac var idi.

Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi planlaşdırılır:

- 14,9 kilometrlik hissəyə beton örtüyünün döşənməsi;

- Əhalinin həyətlərinə girişlərin düzəldilməsi;

- Suötürücü boruların, küvetlərin və gabionların quraşdırılması;

- Yol nişanlarının, sədlərin (hasarların/məhəccərlərin) və yol nişanlanmalarının təmin edilməsi.

Qeyd edək ki, infrastruktur layihəsi dövlət büdcəsindən maliyyələşdirilir və onun ümumi dəyəri təxminən 12,5 milyon lari təşkil edir.

ŞƏRH YAZ
0