İran ABŞ-nin Yaxın Şərqdəki bazalarının fəaliyyətini bərpa etməsinə icazə verməyəcək
Bugün
29
Dünya
A
İran ABŞ-nin Yaxın Şərqdəki bazalarının fəaliyyətini bərpa etməsinə icazə verməyəcək

İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarının yenidən fəaliyyətini bərpa etməsinə icazə verməyəcək.

Aktual.ge Reporta-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi danışıb.

"Hər kəs bilməlidir ki, Amerika bazaları heç bir halda əvvəlki vəziyyətinə qayıtmaq iqtidarında deyil və İran heç vaxt buna icazə verməyəcək",- agentlik Hatəmidən sitat gətirib.

Komandan həmçinin qeyd edib ki, ABŞ Hörmüz boğazından kənarlaşdırılıb:

"Artıq onların Fars körfəzinə, Oman dənizinə və Hörmüz boğazına daxil olmaq icazəsi yoxdur", - general-leytenant ifadə edib.

 

 

ŞƏRH YAZ
1