15 avqust günün ikinci yarısından 18 avqust günün ikinci yarısınadək Gürcüstanın əksər ərazilərində yağışlı hava şəraiti davam edəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
“15 avqustda Mtsxeta-Mtianeti, Kaxeti və Kvemo Kartli regionlarında, o cümlədən paytaxtda, 16–18 avqust tarixlərində isə Qərbi Gürcüstanın bütün regionlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Şimşək çaxması, dolu düşməsi və küləyin güclənməsi mümkündür.
Gözlənilən güclü yağıntılar kiçik çaylarda su daşqınlarına, eləcə də təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - bildirilən məlumatda müvafiq hava şəraitinin təhlükə səviyyəsi orta olaraq qiymətləndirilib.