Güclü yağış Tbilisidə fəsadlar törədib: 2 metro stansiyasını su basıb
Bugün
216
Hadisə
A
Güclü yağış Tbilisidə fəsadlar törədib: 2 metro stansiyasını su basıb

Tbilisi meriyası paytaxta yağan güclü və intensiv yağış nəticəsində yaranmış müəyyən problemlərlə bağlı məlumat yayıb.

Aktual.ge xəbər verir ki, Meriyanın məlumatına görə, hazırda olan məlumatlara əsasən, güclü yağış nəticəsində küçələr, zirzəmilər, həmçinin “Rustaveli” və “Vaja-Pşavela” metro stansiyalarını su basıb.

Meriyadan bildirilib ki, xüsusilə böyük miqdarda yağıntı Tamaraşvili prospektində qeydə alınıb.

“Saburtalo rayonunda, Çikovani küçəsində qaz boru xətti zədələnib. Bununla əlaqədar yaxınlıqdakı binada yaşayan sakinlər təxliyə edilib. Hazırda şəbəkənin bərpası işləri aparılır.

Tbilisi meriyasının müvafiq xidmətləri, eləcə də paytaxtın rayon administrasiyaları gücləndirilmiş rejimdə çalışır.

'Tblservice Group' tərəfindən yollar təmizlənir və küçələrdə qayda yaradılır.

Bütün problemli ərazilərdə Fövqəladə Halların İdarəolunması Xidməti və Patrul Polisi səfərbər edilib.

Qaynar xəttə daxil olan zənglərə operativ şəkildə reaksiya verilir. Zərurət yarandıqda vətəndaşlar Tbilisi meriyasının qaynar xəttindən - 0322 722222 istifadə edə bilərlər”, - deyə məlumatda bildirilib.

ŞƏRH YAZ
0