Ağır yol qəzası: 4 ölü, 20 yaralı - FOTO
12.08.2026 23:54
306
Hadisə
A
Ağır yol qəzası: 4 ölü, 20 yaralı - FOTO

Qomi dağı yolunda faciəvi yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, mikroavtobusun dərəyə aşması nəticəsində Belarusun 4 vətəndaşı dünyasını dəyişib.

Həmçinin 20 nəfər, o cümlədən uşaqlar yaralanıb. Onlar Ozurqeti və Çoxatauri klinikalarına aparılıblar.

Qomi dağı yolunda təcili yardım, xilasetmə və patrul polisinin ekipajları səfərbər olunub. Hazırda xilasetmə işləri davam edir.

Qeyd edək ki, turistlərlə dolu mikroavtobus təxminən 2 saat əvvəl dərəyə aşıb. Mikroavtobusu Gürcüstan vətəndaşı idarə edib və onun vəziyyəti ağırdır.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırmaya başlayıb.

ŞƏRH YAZ
0