Tramp İranla danışıqların vaxtını elan etdi
Bugün
215
Dünya
A
Tramp İranla danışıqların vaxtını elan etdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın avqustun 3-də danışıqlar aparacağını bəyan edib.

Aktual.ge xəbər verir ki, ABŞ lideri bunu prezident təyyarəsinin göyərtəsində jurnalistlərə açıqlayıb.

"Biz onlarla dialoq aparacağıq. Bu, çoxlu sayda insanın həyatını xilas edər, xeyli güc qənaət etməyə imkan verə bilər", - Tramp əlavə edib.

ABŞ prezidenti, həmçinin xatırladıb ki, əvvəllər İrana güclü zərbə endirmək imkanını nəzərdən keçirib.

"Onlar isə bunu istəmirdilər. Düzünü desək, Səudiyyə Ərəbistanı da bunu arzulamırdı", - o qeyd edib.

Bundan əlavə, ABŞ liderinin sözlərinə görə, İran, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının nümayəndələri Vaşinqtona müraciət edərək İrana zərbə planlarının təxirə salınmasını xahiş ediblər.

Tramp, həmçinin iddia edir ki, Vaşinqton və Tehran artıq Hörmüz boğazı üzrə razılaşmalara nail olublar, növbəti addım isə İranın nüvə proqramı üzrə sazişin bağlanması olmalıdır.//Oxu

ŞƏRH YAZ
1