Bugün
88
Siyasət
A
"Ölkənin yuxarı idarəetmə pillələrində korrupsiya tamamilə aradan qaldırılıb" | Kobaxidze

"İqtisadi artım baxımından artıq ilk 6 ayın göstəriciləri açıqlanıb və bu rəqəmlər Beynəlxalq Valyuta Fondunun ilkin proqnozunu əhəmiyyətli dərəcədə üstələyir. İqtisadi artımın yüksək tempini qoruyub saxlaya bilməyimizin əsas səbəblərindən biri korrupsiyanın aradan qaldırılmasıdır".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beşumidə jurnalistlərə açıqlamasında bildirib.

Hökumət başçısının sözlərinə görə, ölkənin yuxarı idarəetmə pillələrində korrupsiya tamamilə aradan qaldırılıb.

“Ötən ay iqtisadi artımımız 8,6 faiz təşkil edib, 6 ay üzrə orta artım isə 7,9 faiz olub. Bu, Beynəlxalq Valyuta Fondunun ilin əvvəlində verdiyi proqnozdan, eləcə də digər maliyyə institutlarının proqnozlarından xeyli yüksək göstəricidir.

İqtisadi sistemimiz dayanıqlılıq nümayiş etdirir. İqtisadi artım baxımından yüksək tempi qoruyub saxlaya bilməyimizin əsas səbəblərindən biri korrupsiyanın aradan qaldırılmasıdır. Bilirsiniz ki, ölkənin yuxarı idarəetmə pillələrində korrupsiya tamamilə aradan qaldırılıb və bu, iqtisadi artım tempinin qorunmasına, eləcə də daha da yüksəldilməsinə birbaşa töhfə verir.

Birinci yarımili 7,9 faiz artımla başa vurduq. Buna görə də, təbii olaraq, Beynəlxalq Valyuta Fondunun öz proqnozuna yenidən baxması və ilkin proqnozunu artırması üçün bütün əsaslar var idi”, - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
2