Kateqoriyalar
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində təbii qazın paylanması ilə bağlı dəyişiklik edilib.
Aktual.ge xəbər verir ki, Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasının (GNERC) 30 iyul 2026-cı il tarixli qərarına əsasən, "Mamed" MMC-nin təbii qazın paylanması üzrə lisenziyası ləğv edilib. 1 avqust 2026-cı il tarixindən etibarən Qızılhacılı kəndində təbii qazın paylanması fəaliyyətini "SOCAR Georgia Gas" MMC həyata keçirəcək.
Qərara əsasən, indiyədək "Mamed" MMC vasitəsilə təbii qazla təmin olunan bütün istehlakçılar "SOCAR Georgia Gas" MMC-nin abonenti kimi yenidən qeydiyyatdan keçməlidirlər. Məişət istehlakçıları üçün təbii qazın tarifi 47 tetri müəyyən edilib.