Bu nazirlik ləğv edilir, sentyabrdan yenisi yaradılır
Bugün
128
Siyasət
A
Bu nazirlik ləğv edilir, sentyabrdan yenisi yaradılır

Gürcüstan hökumətinin strukturunda regional siyasət üzrə dövlət naziri vəzifəsi yaradılacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu vəzifəyə Mamuka Mdinaradze təyin olunacaq, eyni zamanda, Baş nazirin müavini vəzifəsini də icra etməyə davam edəcək.

Baş nazir bildirib ki, hazırda dövlət qarşısında duran əsas prioritetlərdən biri regional siyasətin gücləndirilməsidir.

İrakli Kobaxidze əlavə edib ki, Mamuka Mdinaradze sentyabrın ilk həftəsinə qədər regional inkişaf naziri vəzifəsini icra edəcək. Hüquq-mühafizə işləri üzrə dövlət naziri vəzifəsi isə həmin dövrdə qanunla ləğv olunacaq. Eyni zamanda yeni vəzifənin yaradılması ilə Regional İnkişaf Nazirliyi sentyabr ayında ləğv olunacaq. Hazırda nazir vəzifəsini icra edən Kaxa Quledani isə İnfrastruktur Nazirliyində birinci müavin təyin ediləcək.

 

ŞƏRH YAZ
0