Kateqoriyalar
Quriyada 14 yaşlı yeniyetməni zorlamaqda şübhəli bilinən məktəblinin xalasının əri saxlanılıb.
Aktual.ge xəbər verir ki, hadisə dünən baş verib.
Yerli sakinlərin məlumatına görө, 14 yaşlı qıza qarşı cinsi zorakılığı yeniyetmənin evinə qonaq gələn xalasının əri törədib.
Hüquq-mühafizə orqanları şübhəli şəxsi dünən, 14 yaşlı qızın anası polisə müraciət etdikdən sonra saxlayıblar.
Saxlanılan şəxsə bir neçə saat əvvəl ittiham elan edilib. Məhkəmənin şübhəli şəxs barəsində həbsqətimkan tədbiri seçəcəyi gözlənilir.
İstintaq zorlama maddəsi ilə davam edir.
Mənbə: "TvPirveli"