Marneulidə qanlı insident: Gənc oğlanın ağız nahiyəsinə atəş açılıb | Gözüyaşlı ana baş verənləri danışır - VİDEO
Bugün
230
Siyasət
A
Marneulidə qanlı insident: Gənc oğlanın ağız nahiyəsinə atəş açılıb | Gözüyaşlı ana baş verənləri danışır - VİDEO

Marneuli bələdiyyəsinin Candar qəsəbəsində gənc oğlanın qaz silahından açılan atəş nəticəsində ağır yaralanıb.

Hadisə iyulun 26-ı axşam saatlarında baş verib.

Yaralının anasının sözlərinə görə, sərxoş vəziyyətdə olan oğlu əvvəlcə döyülüb, daha sonra isə pnevmatik silahla ağız nahiyəsindən açılan atəş nəticəsində ağır xəsarət alıb.

Onun iddiasına görə, hadisə əvvəllər baş vermiş münaqişə zəminində baş verib.

Yaralı dərhal Geo Hospital klinikasına çatdırılıb. Mövcud məlumata əsasən, o, ağız nahiyəsindən ağır xəsarətlər alıb və hazırda reanimasiya şöbəsində müalicə olunur.

Gürcüstan Daxili İşlər Nazirliyi isə qaz silahından açılan atəş nəticəsində xəsarət yetirilməsi ilə bağlı məlumatı təsdiqləmir, istintaqa Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərur vurma maddəsi ilə başlanıldığını bildirib.

Daha ətraflı Salo Salahlının hazırladığı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
1