Güclü yağış, fırtına və daşqın riski: Əhaliyə xəbərdarlıq edildi
25.07.2026 20:26
228
Hadisə
A
Güclü yağış, fırtına və daşqın riski: Əhaliyə xəbərdarlıq edildi

Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Aktual.ge xəbər verir ki, sinoptiklərin proqnozuna görə, iyulun 26-sı günün ikinci yarısından iyulun 27-si günün birinci yarısınadək Qərbi Gürcüstanda fasilələrlə şimşək çaxması ilə müşayiət olunan yağış yağacağı gözlənilir. Acara, Quriya, Sameqrelo-Zemo Svaneti, Raça-Leçxumi və Kvemo Svaneti bölgələrinin bəzi ərazilərində yağışın güclü olacağı xəbərdarlıqı edilib.

"Ölkə ərazisinin böyük hissəsində fasilələrlə qərb istiqamətli güclü külək əsəcək, dənizdə isə 3-4 ballıq fırtınalı dalğalanma mümkündür.

Gözlənilən güclü yağıntılar Qərbi Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, eləcə də təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - bildirilən məlumatda müvafiq hava şəraiti təhlükə səviyyəsi orta olaraq dəyərləndirilib.

ŞƏRH YAZ
0