Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 21-ci paketinə Kulevi neft emalı zavodu da düşüb.
Aktual.ge xəbər verir ki, bu barədə bəyanatı Avropa İttifaqı Şurası yayıb.
Kulevi zavoduna qarşı tətbiq edilən sanksiyalar Rusiyaya qarşı sanksiyaların 21-ci paketinin bir hissəsidir.
Aİ Gürcüstanın neft emalı zavoduna qarşı 6 ay ərzində qüvvəyə minəcək tranzaksiya qadağası tətbiq edir.
“Bundan əlavə, Avropa İttifaqı neft sektorunu, xüsusən də neft emalı zavodlarını hədəfə alır. O, neft sektorunda 18 hüquqi şəxsi və 1 fiziki şəxsi, o cümlədən Rusiyadakı 3 neft emalı zavodunu, böyük Belarus neft emalı zavodunu, həmçinin Belarus neft məhsullarının Rusiyada satılması üçün yaradılmış şirkəti sanksiya siyahısına daxil edir. Əlavə olaraq, [sanksiyalar] paketi Rusiya xam neftini və neft məhsullarını emal edən və yenidən işləyən, Rusiyada və üçüncü ölkələrdə sanksiyaya məruz qalmış neft emalı zavodları ilə tranzaksiyaların qadağan edilməsi imkanını yaradır. Bu çərçivədə Avropa İttifaqı Kulevidə Rusiya nefti ilə ticarət edən və onu emal edən Gürcüstan neft emalı zavoduna qarşı altı ay ərzində qüvvəyə minəcək tranzaksiya qadağası tətbiq edir. Həmçinin, Avropa İttifaqı Rusiya xam neftinin və neft məhsullarının alınmasına qoyulan qadağa səbəbindən tranzaksiya qadağalarına məruz qalan subyektlərin sırasına beş neft treyderini də əlavə edib”, - məlumatda deyilir.