Bugün
62
Dünya
A
"Regionda bizim neft satmayacağımız yerdə heç kim neft satmayacaq" | İran

"İran, əgər Tehranın özü belə imkana malik olmayacaqsa, regionda heç kimin neft satmasına icazə verməyəcək".

Aktual.ge xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf deyib.

"Regionda bizim neft satmayacağımız yerdə heç kim neft satmayacaq. Əgər bizim təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq. Hörmüz boğazının təhlükəsizliyi isə yalnız Amerika qüvvələrinin olmadığı halda mümkündür", – deyə o, qeyd edib.

Qalibaf vurğulayıb ki, ABŞ ilə münaqişədə yaranmış vəziyyətin məntiqi belə bir qaydaya gəlib çıxıb: "Ya hamısı, ya heç kim!".

İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, dəstəyin formasından asılı olmayaraq, ABŞ-ın mümkün hücumlarına töhfə verən tərəflər qanuni hədəf hesab ediləcək.

ABŞ-ın İrana qarşı təhdidlərindən sonra Əraqçi "X" sosial media platformasındakı hesabından açıqlama verib.

“Bizim müdafiə doktrinamız aydındır: gözə göz, dişə diş. İrana qarşı hər hansı hücum, o cümlədən infrastrukturumuza yönəlmiş hücum, bizi güclü və qətiyyətli cavab verməyə məcbur edəcək”.

ŞƏRH YAZ
0