331 bağlama narkotik vasitə götürülüb | 2 nəfər saxlanılıb
Bugün
48
Siyasət
A
331 bağlama narkotik vasitə götürülüb | 2 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları qrup halında külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanılması və satışına köməklik göstərilməsi ittihamı ilə iki xarici ölkə vətəndaşını saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə saxlanılan şəxslərin üzərinə və müvəqqəti yaşadıqları mənzildə axtarış keçiriblər. Nəticədə sübut kimi külli miqdarda narkotik vasitə, o cümlədən satış üçün qablaşdırılmış 331 bağlama “marixuana” götürülüb.

Həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0