27 yaşlı Marneuli sakini Elmira Bayramovanın sizin köməyinizə ehtiyacı var
Bugün
118
Siyasət
A
27 yaşlı Marneuli sakini Elmira Bayramovanın sizin köməyinizə ehtiyacı var

Marneulinin İmir kənd sakini, 27 yaşlı Elmira Bayramova ağır onkoloji xəstəliklə mübarizə aparır. O, artıq altı aydır müalicə alır. Həkimlərin qərarına əsasən, yaxın günlərdə əməliyyat olunmalıdır. Əməliyyat və sonrakı müalicə üçün ümumilikdə 32 min lari tələb olunur.

Aktual.ge xəbər verir ki, ailənin isə bu vəsaiti qarşılamaq imkanı yoxdur.

Elmiranın 7 və 4 yaşlarında iki azyaşlı övladı var. Onlardan biri şəkərli diabet xəstəsidir və hər gün insulin qəbul edir.

Ailə hər kəsə müraciət edərək, imkan daxilində dəstək göstərmələrini xahiş edir. Hər bir yardım Elmiranın müalicəsinin davam etdirilməsi üçün böyük əhəmiyyət daşıyır.

Sakartvelo Bank: GE45BG0000000611643297( Ramin İsmayılov)
TBC bank : GE87TB7100445068100025

 

 

ŞƏRH YAZ
0