Kateqoriyalar
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində iki sutkadan çoxdur ki, təbii qaz verilişində fasilə yaranıb.
"Aktual.ge" məsələ ilə bağlı "Mamed GAS" şirkəti ilə əlaqə saxlayaraq qaz kəsintisinin səbəbini öyrənib.
“Qazın verilişi yüksək atmosfer təzyiqi ilə həyata keçirilib və bu da sayğacın və digər bir sıra avadanlıqların sıradan çıxmasına səbəb olub. Bütün bunlar bizə qarşı qəsdən baş verir. Dünən təxminən 32 min lari dəyərində yeni avadanlıqlar almışıq və bu gün təmir işlərinin aparılacağını gözləyirik. Proses tamamlanan kimi təbii qazın verilişi dərhal bərpa olunacaq”, - “Mamed GAS”ın verdiyi məlumatda qeyd olunub.