Kateqoriyalar
Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində 3 sutkadır təbii qaz, 1 sutkadır isə elektrik enerjisi yoxdur.
Aktual.ge-nin verdiyi xəbərə görə, təbii qazın kəsilməsinin səbəbi ilə bağlı “Mamed Gas”dan bildirilib ki, mərkəzdən yüksək təzyiqlə qaz axını verilib və sayğac buna tab gətirməyərək sıradan çıxıb.
“Mamed Gas” hadisənin şirkətə qarşı qəsdən törədildiyini iddia edir.
Qızılhacılıda elektrik enerjisinin kəsilməsinin dəqiq səbəbi isə hələlik məlum deyil. Əldə olunan məlumatlara görə, elektrik xətlərində qəza baş verib.
Qızılhacılıda təbii qazın və elektrik enerjisinin kəsilməsi sakinlər arasında narahatlığa səbəb olub. Aidiyyatı qurumlardan bu vaxta qədər hər-hansı açıqlama verilməyib.