Salome Zurabişvili:
30.04.2025 18:16
1039
Siyasət
A
Salome Zurabişvili: "Rejim əslində vəziyyəti idarə edə bilmir və yalnız bu yolla özünü möhkəmləndirməyə çalışır"

"Bu axtarışlar, reydlər normal bir ölkədə tamamilə təsəvvür olunmazdır, lakin biz artıq çoxdan normal ölkələr sırasına daxil deyilik – rejim əslində vəziyyəti idarə edə bilmir və yalnız bu yolla özünü möhkəmləndirməyə çalışır".

Aktual.ge xəbər verir ki, bu fikiri Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili dünən bir neçə fond rəhbərinin evində keçirilən axtarışlara münasibət bildirərkən brifinqdə deyib.

Onun sözlərinə görə, “rejimə qarşı təlatümlər davam edir və güclənir”.

"Bu axtarışlar, reydlər normal bir ölkədə mümkün deyil, lakin biz çoxdan normal ölkələrdən sayılmırıq. Son aylarda keçirilən bu repressiyalar hər tərəfdən göstərir ki, rejim əslində vəziyyəti nəzarətdə saxlaya bilmir və yalnız bu yolla – güc və qorxu vasitəsilə – özünü möhkəmləndirməyə çalışır. Hər gün daha çox şey üzə çıxır, lakin görünür, bu 'daha çox şeylər' heç nəyə nail ola bilmir – nə xalqın etirazını tam söndürməyə, nə də insanları tam qorxutmağa. Hətta rejimi daxildən möhkəmləndirməyə belə nail ola bilmir, çünki görürük ki, rejim daxilində təlatümlər davam edir, güclənir. İnsanlar rejimin daxili çevrəsindən müxtəlif formalarda ayrılır, çıxırlar. Xüsusilə də son dövrlərdə rejimə yaxın şəxslərin bu oyunu tərk etməsi – bu, rejimdəki təlatümlərin necə inkişaf edə biləcəyinin ən əhəmiyyətli göstəricilərindən biridir. Siyasi sistemlərin tarixini bilənlər üçün bu, rejimlərin sonuna yaxınlaşmasının bir formasıdır.

Baş verənləri anlamaq üçün çox vacibdir ki, sanksiyaların necə və hansı formada bu insanlara – xüsusilə də rejimin birinci çevrəsində olanlara – təsir etdiyini başa düşək. Maliyyə baxımından bu insanlar – ən böyük sərvətə malik olanlar – ən ciddi nəticələrə və təsirlərə məruz qalırlar. İlk növbədə isə, artıq öz nəhəng sərvəti ilə təcrid olunmuş və faktiki olaraq həmin pullardan istifadə edə bilməyən birinci şəxsə təsir edir", - deyə Salome Zurabişvili qeyd edib.

ŞƏRH YAZ
5