Kateqoriyalar
Marneulidə baş verən qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) istintaqa başlayıb.
Aktual.ge xəbər verir ki, DİN-dən bildirilib ki, faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi – qəsdən adamöldürmə maddəsi ilə aparılır.
"Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaqa başlanılıb. Həmin maddə qəsdən adamöldürmə cinayətini nəzərdə tutur", – məlumatda deyilir.
Məlumat üçün bildirək ki, bu gün səhər saatlarında ata ilə oğlu arasında baş vermiş mübahisədən sonra baş verib. İlkin məlumata əsasən, 30 yaşdan aşağı olan oğul atasını öldürüb. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları hələlik məlum deyil.