Kateqoriyalar
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Gürcüstana rəsmi səfərə gəlib.
Aktual.ge xəbər verir ki, Türkmənistan prezidebti və onu müşayiət edən nümayəndə heyətini Tbilisi Beynəlxalq Hava Limanında Baş nazirin müavini, müdafiə naziri İrakli Çikovani qarşılayıb.
Səfər proqramına əsasən, Prezident Sarayında Serdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi keçiriləcək, daha sonra o, Prezident Mixeil Kavelaşvili ilə təkbətək görüşəcək.
İyulun 17-də isə Türkmənistan Prezidenti ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş nəzərdə tutulub.
Səfər çərçivəsində tərəflərin nazirlər səviyyəsində ikitərəfli görüşləri də planlaşdırılır.